DataLife Engine / ABŞ-nin xam nefti azalıb

ABŞ-nin xam nefti azalıb

ABŞ-də kommersiya məqsədli xam neft ehtiyatlarında ötən həftə azalma qeydə alınıb.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 400 min barel azalaraq 424 milyon 100 min barelə düşüb.

Bazar iştirakçıları ehtiyatların təxminən 1 milyon 400 min barel azalacağını gözləyirdilər.

Kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 1 milyon 200 min barel azalaraq 285 milyon 400 min barelə geriləyib.

Bu dövrdə ABŞ-də benzin ehtiyatları isə 1 milyon 300 min barel artaraq 206 milyon 900 min barelə çatıb.

Ölkədə gündəlik xam neft hasilatı 29 avqust–4 sentyabr həftəsində 85 min barel artaraq 13 milyon 947 min barelə yüksəlib.

ABŞ-nin xam neft idxalı da ötən həftə gündəlik 53 min barel artaraq 6 milyon 824 min barelə çatıb. İxrac isə gündəlik 1 milyon 66 min barel azalaraq 3 milyon 417 min barel olub.

EIA-nın sentyabr ayı üzrə yayımladığı "Qısamüddətli Enerji Görünüşü” hesabatında ABŞ-də bu il gündəlik orta xam neft hasilatının 13 milyon 830 min barel olacağı proqnozlaşdırılıb.
 
///sfera.az///
Bu gün, 19:42
Вернуться назад