DataLife Engine / Qubada ağır qəza - üç nəfər xəsarət alıb

Qubada ağır qəza - üç nəfər xəsarət alıb

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info APA-ya istinadən bildirir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobillə "Nissan" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 20:52
Вернуться назад