Ölkənin müxtəlif rayonlarında 11 ədəd modul tipli məktəb binası quraşdırılacaq.
Fakt.info "oxu.az”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedura başlanılıb.
Məktəblər Quba, Goranboy, Xızı, Xaçmaz rayonları ərazilərində tikiləcək. Sözügedən layihələrə ümumilikdə 6 milyon 743 min 84 manat xərclənəcək.