DataLife Engine / Tramp Qrenlandiya ilə bağlı sazişin imzalanmasında iştirak edəcək

Tramp Qrenlandiya ilə bağlı sazişin imzalanmasında iştirak edəcək

ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik sahəsində üçtərəfli saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanacaq.

Bu barədə "Reuters” məlumat yayıb.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək mərasimdə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen iştirak edəcəklər.

Saziş ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarının genişləndirilməsini və Arktikanın təhlükəsizliyində NATO-nun rolunun gücləndirilməsini nəzərdə tutur. Danimarka və Qrenlandiya rəsmiləri razılaşmanın adanın suverenliyinə təsir etməyəcəyini bildiriblər.
Dünən, 09:00
Вернуться назад