DataLife Engine / Kamran Əliyev: “Vətəndaşların pozulmuş hüquqları bərpa edilir”

Kamran Əliyev: “Vətəndaşların pozulmuş hüquqları bərpa edilir”

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb”.
Fakt.info xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Kamran Əliyev bildirib ki, konkret olaraq büdcəyə vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, vətəndaşlara vurulmuş ziyanın aradan qaldırılması, mənzil satışı sahəsində dələduzluğa məruz qalmış şəxslərin hüquqlarının bərpa edilməsi, dövlətə və dövlət fonduna qanunsuz zəbt edilmiş torpaqların qaytarılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib.
Dünən, 11:59
Вернуться назад