DataLife Engine / Ukrayna Rusiya-Belarus sərhədinə dron hücumu edib

Ukrayna Rusiya-Belarus sərhədinə dron hücumu edib

Ukrayna Rusiya-Belarus sərhədindəki Krasnıy Kamen sərhəd keçid məntəqəsinə dron hücumu edib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki Rusiya-Belarus sərhədindəki beynəlxalq keçid məntəqəsi gecə dron hücumundan sonra bağlanıb. Nəqliyyat vasitələrinin artıq Krasnıy Kamen keçid məntəqəsindən keçməsinə icazə verilmir.

Qeyd olunub ki, keçid məntəqəsinə hücumlar 26 sentyabrda intensivləşib. Dronlar Bryansk vilayəti tərəfində iki Belarus yük maşınını yandırıb. Sərhəd məntəqəsindən keçid tamamilə dayandırılıb və hava xəbərdarlığı elan edilib. Nəqliyyat vasitələrinin hərəkətinin Smolensk vilayətindən keçidi təmin olunub.
Dünən, 19:36
Вернуться назад