DataLife Engine / Tanınmış tiktoker həbs olundu

Tanınmış tiktoker həbs olundu

Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker” həbs olunub.

Fakt.info Lent.az-a istinadla xəbər verir ki, Nəsibov Məhəmməd Hüseyn oğlu "tiktok” sosial şəbəkəsində özünə məxsus "7_muxammed_7" adlı səhifədə canlı yayımda digər bloggerlərlə söhbət nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Bir neçə dəqiqə əvvəl məhkəmənin qərarı ilə M. Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Dünən, 16:45
Вернуться назад