DataLife Engine / SEPAH terror qruplaşmasına qarşı əməliyyat keçirib, 2 nəfər öldürülüb

SEPAH terror qruplaşmasına qarşı əməliyyat keçirib, 2 nəfər öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Sistan və Bəlucistan vilayətinin Rask rayonunun qərbində dağlıq ərazidə gizlənən terror qruplaşmasına qarşı əməliyyat keçirib.

SEPAH Quru Qoşunlarının məlumatına görə, sözügedən terror qrupu müəyyənləşdirilib və qəfil əməliyyat nəticəsində zərərsizləşdirilib.

Əməliyyat nəticəsində 2 nəfər öldürülüb, daha bir neçə nəfərin isə təqib edildiyi bildirilib.

Qruplaşmanın vilayətdə bir sıra terror aktlarında, o cümlədən yerli SEPAH əməkdaşlarından birinin öldürülməsində iştirak etdiyi bildirilir.

Sözügedən qruplaşma yaxın günlərdə vilayətdə təhlükəsizliyin təmin olunması ilə məşğul olan qüvvələrə hücum planlaşdırıb.
 
///apa.az///
Bu gün, 00:44
Вернуться назад