DataLife Engine / Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil

Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı münaqişənin müvəqqəti dayandırılmasının və ya dondurulmasının problemin həllinə gətirib çıxarmayacağını bildirib.
Fakt.info xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.
O bildirib ki, Rusiya Ukrayna məsələsində yalnız qismən razılaşmaları kifayət hesab etmir. Peskovun sözlərinə görə, müvəqqəti fasilə və ya döyüşlərin dondurulması da problemin həlli deyil.
Kremlin sözçüsü vurğulayıb ki, Ukraynada hərtərəfli və uzunmüddətli razılaşmaya ehtiyac var. O, ayrı-ayrı razılaşmaların yekun həllə gətirib çıxarmayacağını qeyd edib.

Peskov mümkün razılaşmaların gələcək nəsillər üçün uzunmüddətli təminat yaratmalı olduğunu bildirib.

O həmçinin Rusiyanın digər ölkələrin Ukrayna böhranının həlli ilə bağlı təşəbbüslərini müsbət qarşıladığını, lakin hələlik bu istiqamətdə konkret cəhd görmədiklərini deyib.
 
Dünən, 19:03
Вернуться назад