Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti şənbə günü baş vermiş hücumlardan sonra müvəqqəti olaraq dayandırılıb.
Bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hava limanı dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması başa çatana qədər fəaliyyət göstərməyəcək.
"Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanı şənbə günü günün ikinci yarısında hücuma məruz qalıb . Hücum nəticəsində bir neçə nəfər yaralanıb, hazırda onların dəqiq sayı müəyyənləşdirilir", - deyə qurumun bəyanatında bildirilir.
Bu gün daha əvvəl məlum olub ki, Səudiyyə Ərəbistanının milli aviaşirkəti "Saudia Airlines"ın pilotu və ölkənin daha iki vətəndaşı husilərin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində həlak olub.
///report///