DataLife Engine / ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək.

Fakt.info xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək.

Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.
Dünən, 10:09
Вернуться назад