DataLife Engine / Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur

Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur

Allahşükür Paşazadə vahid məktəbli forması və hicab məsələsinə münasibət bildirib
"Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm”.
Fakt.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-nin efirində məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, məktəbli geyimi ilə bağlı qərarın qəbulundan əvvəl məsləhətləşmələrin aparılması məqsədəuyğun olardı.
A.Paşazadənin sözlərinə görə, bəzi qüvvələr məktəbli geyimi məsələsindən istifadə edərək Azərbaycanda islam dininə və müsəlmanlara qarşı təzyiqlərin olması barədə dezinformasiya xarakterli fikirləri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırlar.
QMİ sədri bu məsələnin siyasiləşdirilməsindən narahatlığını ifadə edib. O qeyd edib ki, hicab məsələsindən istifadə edərək insanları dövlətə və dövlətçiliyə qarşı yönəltmək yolverilməzdir.

A.Paşazadə vurğulayıb ki, din dövlətdən, məktəb isə dindən ayrıdır.
Dünən, 17:20
Вернуться назад