DataLife Engine / Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO

Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir.

Gülnar Fərzəliyeva iddia edir ki, ona qarşı xəstəxanada qərəzli mövqe olub. Bu işin başında isə xəstəxananın təsərrüfat müdiri dayanıb.

Səsləndirilən iddialarla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sanitar qadının pasiyentə qarşı qeyri-etik davranışı ilə bağlı məsələ araşdırılıb.

Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib. Faktla bağlı müəssisənin Tibbi Şurasında məsələ müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 11.07.2026-cı il tarixindən xitam verilib.

Hazirda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Dünən, 23:34
Вернуться назад