DataLife Engine / Binəli Yıldırım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Binəli Yıldırım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə o, "X” sosial şəbəkəsində paylaşım edib.

" "Bir millət, iki dövlət” şüarı ilə hər zaman qəlbən bağlı olduğumuz can Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm.

1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən elan edən qardaş Azərbaycan ortaq tariximiz və mədəniyyətimiz əsasında Türk dünyasının parlaq gələcəyinə töhfə verməyə davam edir”, – paylaşımda qeyd olunub.
Dünən, 12:35
Вернуться назад