DataLife Engine / Teymur Yəhyayevin dəfn olunacağı yer məlum olub

Teymur Yəhyayevin dəfn olunacağı yer məlum olub

Bu gün Sankt-Peterburqda açıq ürək əməliyyatı zamanı dünyasını dəyişən tanınmış jurnalist, politoloq və ictimai-siyasi xadim, Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə başçısı olmuş Teymur Yəhyayevlə vida mərasiminin vaxtı və dəfn olunacağı yer məlum olub. 

Fakt.info-nun əldə etdiyi məlumata görə mərhumla vida mərasimi oktyabrın 27-də, günorta saatlarında Ərkivan qəsəbəsində yerləşən öz evində keçiriləcək. Uzaq yoldan gətiriləcəyi üçün mərasimin dəqiq vaxtı hələlik məlum deyil.

Teymur Yəhyayev Həsənəküçə məhəllə qəbiristanlığında, valideynlərinin yanında dəfn olunacaq.
Yas mərasimi Ərkivan qəsəbəsində yerləşən "Şah Səfi" mərasim evində veriləcək. 
Allah rəhmət etsin.
26-10-2026, 22:43
Вернуться назад