DataLife Engine / Masallıdan olan Bahəddin Leysanov “Əmək” ordeni ilə təltif edildi

Masallıdan olan Bahəddin Leysanov “Əmək” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Fakt.info xəbər verir ki, Sərəncama əsasən, Masallı rayonunun Binə Xocavar kəndində anadan olan, hazırda Neftçala şəhərində yaşayan Bahəddin Dəyyan oğlu Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bahəddin Leysanov 1950-ci ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 1967–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Baş Meliorasiya və Su Tikinti İdarəsində başlayıb.

O, 1984-cü ildə Neftçala Kolxozlararası Tikinti İdarəsində usta, iş icraçısı, baş mühəndis və idarə rəisi vəzifələrində çalışıb. 1985–1990-cı illərdə Neftçala Pambıqtəmizləmə Zavodunun direktoru, 1990–1991-ci illərdə Neftçala Rayon İcraiyyə Komitəsinin sədri, 1991–1997-ci illərdə yenidən Pambıqtəmizləmə Zavodunun direktoru olub. 1997-ci ildən isə “Neftçala-Pambıq” ASC-nin sədri vəzifəsində fəaliyyət göstərib.

Beləliklə, əmək fəaliyyətinin böyük hissəsini Neftçala rayonunda keçirən Bahəddin Leysanov müxtəlif illərdə tikinti, meliorasiya və pambıqçılıq sahələrində rəhbər vəzifələrdə təmsil olunub.
Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə ümumilikdə 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 28 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Masallının yetirməsi olan Bahəddin Leysanovun dövlət təltifinə layiq görülməsi onun doğulduğu Binə Xocavar kəndi ilə yanaşı, Masallı ictimaiyyəti üçün də diqqətəlayiq hadisədir.
Təbrik edirik!
Bu gün, 20:42
Вернуться назад