DataLife Engine / Kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib

Kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.
 
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. 
 
Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı hüquqpozma hallarının aşkarlanmasını deyil, həm də onların təşkilatçılarının, xarici əlaqələrinin və maliyyə mexanizmlərinin müəyyənləşdirilməsini zəruri edir.

Bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.

Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.
Dünən, 15:59
Вернуться назад