DataLife Engine / Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Fakt.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Famil Rzayevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək onun digər tikililərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 18:10
Вернуться назад