Elçin Məmmədov ABB-də Kommersiya müştəriləri şöbə rəhbəri vəzifəsinə təyin olunub.
Fakt.info xəbər verir ki, Elçin Məmmədov yeni təyinata qədər, 2023-cü ilin dekabrından etibarən ABB-nin Korporativ müştərilərlə əlaqələr bölməsinə rəhbərlik edib.
O, daha əvvəl “Muğanbank” ASC-nin Biznes bankçılığı departamentində direktor müavini, “Rabitəbank” ASC-də isə Korporativ satış bölməsinin rəhbəri olub. Karyerası ərzində “AFB Bank” ASC-də baş mütəxəssis, “Yapı Kredi Bank Azərbaycan”da müştəri təmsilçisi kimi də çalışıb.