DataLife Engine / Qaradağda evlərə qənim kəsilən şəxs saxlanıldı

Qaradağda evlərə qənim kəsilən şəxs saxlanıldı

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.
Dünən, 15:25
Вернуться назад