DataLife Engine / Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar

Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar

Salyanda avtomobil qəzası baş verib.
Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 1960-cı il təvəllüdlü Almagül Həsənağa qızı Ağayeva və 1981-ci il təvəllüdlü Nailə Böyükağa qızı Ağayeva xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, xəsarət alan şəxslər ana və qızıdır.
Faktla bağlı araşdırma aparılır.

///oxu.az
Dünən, 19:32
Вернуться назад