Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz edib.
Bu barədə deputat Hikmət Babaoğlu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?! İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə düşünmək lazımdır. Bu ümumi şagirdlərin 9.3 faizini təşkil edir", - o deyib.
Mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, biz bu bölmələri yalnız azsaylı xalqlar, milli azlıqlar üçün nəzərdə tutmuşuq:

"Müvafiq istiqamətdə təhsil müəssisələrinin təmin olunması və Konstitusiyanın verdiyi təhsil hüququnun təmin edilməsi baxımından bölmələr yaratmış və tədris prosesini təşkil etmişik. Amma bu gün dəb xatirinə, bəhs xatirinə kimsə rus bölməsində təhsil almaq istəyirsə, buna görə dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılması, yəni əlavə maliyyə yükünün yaradılması doğru deyil. Çünki biz ilk növbədə öz doğma dilimizdə təhsil almalıyıq. Əgər başqa dildə təhsilə ehtiyac varsa, ölkədə ingilis bölmələri də fəaliyyət göstərir. Hazırda 157 min şagirdin rus bölməsində təhsil aldığını nəzərə alsaq, təsəvvür edək ki, onların təhsili üçün dövlət büdcəsindən nə qədər maliyyə vəsaiti ayrılır. Halbuki rus bölməsində təhsil alanların əksəriyyətinin nə slavyan xalqlarına, nə də rus millətinə aidiyyəti var. Onlar tamamilə fərqli millətlərin nümayəndələridir. Əksəriyyəti isə öz vətəndaşlarımız, azərbaycanlılardır. İndi siz düşünün, biz Azərbaycan bölməsində təhsilin tərəfdarıyıq və daha çox bu istiqamətdə təşviq edirik. Amma kimsə rus bölməsində təhsil almağa üstünlük verir. Sizcə, bu, doğru yanaşmadırmı? Çünki rus ideologiyası ilə yetişən gəncliyin gələcəkdə öz yanaşmalarında həmin ideologiyanı nə dərəcədə daşıyacağı sual altındadır”.
Ekspert vurğulayıb ki, büdcədən rus bölməsinə bu qədər vəsait ayrılması da müəyyən anlaşılmazlıq yaradır:
"Biz bölmələri ona görə yaratmışıq ki, azsaylı xalqlar, milli azlıqlar öz dillərində təhsil ala bilsinlər. Amma indi rus bölməsində şagirdlərin sayı bu qədər artıbsa, dövlət büdcəsindən həmin istiqamətə bu qədər maliyyə vəsaitinin ayrılması nə dərəcədə doğrudur? Qaldı ki, maliyyə məsələsinə, bu yükü cəmiyyət də qarşılayır. Təbii ki, dövlətin təhsil siyasəti və dövlət təhsil müəssisələri var. Tədris dövlət dilində təşkil olunur və hər kəs burada təhsil ala bilər. Heç kimə məcburiyyət qoyulmur. Amma yaxşı olar ki, cəmiyyət də öz dövlət dilinə hörmətlə yanaşsın və dövlətin müəyyən etdiyi istiqamətdə təhsil alsın.
Dil öyrənmək üçün mütləq rus bölməsində təhsil almaq lazım olduğu fikri bəhanədir. Müvafiq yaş dövründə altı aylıq və ya birillik kurslara getməklə də dili öyrənmək və mənimsəmək mümkündür. Amma bir də var ki, şəxs konkret hansısa bölmədə təhsil alır və həmin bölmənin ideoloji yanaşmasına uyğun olaraq onun təfəkkürü formalaşır. Bu isə bir qədər qəbulolunmazdır”.