DataLife Engine / Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Əliyev Allahverən Alış oğlu yolu keçmək istəyən zaman "Mersedes" markalı avtomobil onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Bu gün, 21:43
Вернуться назад