DataLife Engine / Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşünün vaxtı məlum olub

Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşünün vaxtı məlum olub

ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin arasındakı ilk üçtərəfli görüşün noyabrın 19-u Bakı vaxtı ilə təqribən saat 10:30-da keçirilməsi planlaşdırılıb.

Fakt.info TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.

Görüş üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Çin liderinin dövlət iqamətgahında keçiriləcək.
Bu gün, 09:59
Вернуться назад