Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.
O, hadisəni təsdiqləyərək bu sözləri deyib: "İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”. Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib: "Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”. Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil. Xatırladaq ki, bir neçə ay əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.
lent.az