DataLife Engine / Media orqanlarına pul ayrılmasının qaydası dəyişdi – Saytlar necə qiymətləndiriləcək?

Media orqanlarına pul ayrılmasının qaydası dəyişdi – Saytlar necə qiymətləndiriləcək?

Azərbaycanda media subyektləri və jurnalistlər üçün keçirilən müsabiqələrin qaydalarına mühüm dəyişikliklər edilib. Bundan sonra onlayn medianın qiymətləndirilməsində saytların oxunma göstəriciləri və sosial şəbəkələrdəki aktivliyi də əsas meyarlardan olacaq.

Fakt.info xəbər verir ki, bu barədə Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, onlayn media subyektlərinin yekun qiymətləndirilməsi üç əsas göstərici üzrə aparılacaq:

* Ekspert qiymətləndirməsi – 50 faiz;
* Veb-saytın səhifə baxışları (pageviews) – 25 faiz;
* Sosial şəbəkə göstəriciləri – 25 faiz.

Sosial şəbəkələrdə aktivlik ayrıca qiymətləndiriləcək

Yeni qaydalara görə, media subyektlərinin fəaliyyəti "Facebook”, "Instagram”, "TikTok”, "YouTube”, "Telegram” və "X” platformaları üzrə qiymətləndiriləcək.

Bu zaman izləyici sayı ümumi sosial şəbəkə balının 30 faizini, istifadəçilərin qarşılıqlı əlaqəsi 50 faizini, hər paylaşım üzrə orta qarşılıqlı əlaqə əmsalı isə 20 faizini təşkil edəcək.

Natiq Məmmədli vurğulayıb ki, yeni yanaşmada əsas prioritet yenə də jurnalist materiallarının keyfiyyəti və ictimai əhəmiyyətidir.
20-11-2026, 11:33
Вернуться назад