20 Noyabr Ağdam Şəhər Günündə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krausz Beynəlxalq Qalereyanın qonağı olub.
Fakt.info xəbər verir ki, görüşdə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, A Media MMC-nin rəhbəri Aygün Əzizova və Xəbər Times saytının foto müxbiri Camal İsgəndərov iştirak ediblər.
Görüş əsasında Azərbaycan İsrail dövlətləri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək çox saylı layihələr müzakirə olundu .