Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib.
Fakt.info xəbər verir ki, baş nazir müvafiq paylaşımı öz "Telegram" kanalında edib.
"Sən demə, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək", - Paşinyan yazıb.
Daha əvvəl Paşinyan "Digitec 2026" konfransı çərçivəsindəki müzakirədə TRIPP-nin açılışının noyabrın 22-də baş tutacağını bildirmişdi.