DataLife Engine / FIFA iki Türkiyə klubuna transfer qadağası qoydu

FIFA iki Türkiyə klubuna transfer qadağası qoydu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyənin iki klubuna transfer qadağası tətbiq edib.
Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, bu, qurumun rəsmi saytında yayımlanan transfer qadağaları siyahısında əksini tapır.

Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.

Türkiyə I Liqasının təmsilçisi "Pendikspor"a tətbiq edilən qadağanın isə müddəti göstərilməyib. Klubun transfer qadağası müvafiq məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq.


Bu gün, 08:02
Вернуться назад