Kanada Çini Arktikada kəşfiyyat məlumatları toplamaqda günahlandırıb

Kanada Çini Arktikada kəşfiyyat məlumatları toplamaqda günahlandırıb

Çinin Arktikadakı fəaliyyəti elmi tədqiqatların hüdudlarını aşır, onlarlar regionda kəşfiyyat məlumatları toplayır.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bler Halifaksda təhlükəsizlik forumu zamanı bildirib.

"Çin Arktikada iki üsulla işləyir. Birincisi - iqtisadi təzyiq, oradakı infrastruktura investisiyalar vasitəsilə. İkincisi isə elmi tədqiqat adlandırdıqları vasitə ilə", - nazir deyib.

Onun sözlərinə görə, Kanada onların Arktikada təkcə elmi tədqiqat məqsədilə deyil, mövcudluğunun artımını müşahidə edir.

"Onlar dəniz dibinin xəritəsini çıxarırlar və kəşfiyyat məlumatları toplayırlar", - Bler vurğulayıb.