Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya düşüb, yaralılar var

Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya düşüb, yaralılar var

Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya düşüb.

Fakt.info-nun verdiyi məlumata görə hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Astaradan Lənkərana, xəstə Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədovanı gətirərkən, qarşısına Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili çıxıb. Bu zaman qəza qaçılmaz olub. Qəzada, avtomobildə olan xəstə və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Xəstə Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.