Ramil Əliyev: “İnformasiya təhlükəsizliyi hər bir vətəndaşın diqqətində olmalıdır”
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev informasiya təhlükəsizliyinin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu bildirib.
O, AZXEBER.COM-a açıqlamasında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsinə dair sərəncamını yüksək qiymətləndirib.
"Bu sənəd Azərbaycan dövlətinin informasiya təhlükəsizliyi məsələlərinə ciddi önəm verdiyini və bu sahədə sistemli tədbirlər həyata keçirdiyini bir daha təsdiqləyir. Dövlət üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir, lakin vətəndaş cəmiyyətinin də bu məsələdə fəal iştirakı zəruridir,” – deyə QHT sədri qeyd edib.
O əlavə edib ki, xüsusilə media və QHT sektoru maarifləndirmə və müxtəlif layihələrin reallaşdırılması ilə informasiya təhlükəsizliyi sahəsinə əhəmiyyətli töhfələr verə bilər. "Biz də bu istiqamətdə ciddi fəaliyyət göstərməyi və müvafiq layihələr həyata keçirməyi planlaşdırırıq,” – deyə Ramil Əliyev vurğulayıb.