Almaniyada hökumət böhranına səbəb olan FDP-dən yeni qalmaqal
Noyabrın əvvəlində koalisiyadan ayrılması ilə Almaniyada hökumət böhranına səbəb olan Azad Demokratik Partiya (FDP) bu günlərdə yeni qalmaqalla ölkənin siyasi gündəmini sarsıdıb.
AZƏRTAC xəbər verir ki, FDP-nin bir neçə ay əvvəl hazırladığı, koalisiyadan çıxmaq barədə “D-Day” adlı planın partiyanın internet səhifəsində yayınlanması ölkənin siyasi həyatında ciddi müzakirələrə səbəb olub. Bu ssenari iki həftə əvvəl “Zeit” və “Süddeutsche Zeitung” qəzetlərində yayımlansa da, FDP tərəfindən sərt şəkildə təkzib edilmişdi.
Bu plan FDP daxilində də ciddi narazılıqlara yol açıb. Xüsusilə planın “D-Day” (“Qərar günü” – İkinci Dünya müharibəsində müttəfiqlərin Normandiyada ikinci cəbhəni açmaya başlaması da belə adlanırdı) adlandırılması və kəskin dildə yazılması sərt şəkildə tənqid edilib. Halbuki partiya iki həftə əvvəl mediada yayılan xəbərlərlə bağlı açıqlamada “D-Day” ifadəsinin qəti şəkildə yer almadığını bəyan etmişdi.
Bu ssenari barədə FDP rəhbərliyinin xəbərdar olmadığını, onun əməkdaşlar tərəfindən hazırlandığını, partiyanın gizli bir planının olmadığını iddia edən baş katib Bican Gir-Sarai planın partiyanın səhifəsində yayımlanmasından sonra istefa verib.
Ölkə mətbuatında və ictimai-siyasi həyatında aparılan müzakirələrdə bu hadisənin partiyanın nüfuzuna ciddi zərbə vurduğu ifadə olunur. Planın yayımlanması FDP-nin koalisiyadakı sabiq tərəfdaşları Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar partiyası tərəfindən ciddi etirazla qarşılanıb. SPD və Yaşıllar partiyası bu planı FDP rəhbərliyinin xalqa yalan söyləməsi, əhalinin siyasətçilərə və demokratik təsisatlara inamını sarsıtması kimi dəyərləndirib.