Bəşər Əsədin iqamətgahı ələ keçirildi

Bəşər Əsədin iqamətgahı ələ keçirildi

Suriya müxalif qüvvələri ölkə Prezidenti Bəşər Əsədin Hələbdəki iqamətgahını ələ keçirib.
Fakt.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Bəşər Əsəd isə öz növbəsində müqavimət göstərəcəyini bəyan edib:

"Terror yalnız gücün dilini başa düşür və biz onunla onları sındıracağıq!”
Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində ilk dəfədir ki, Bəşər Əsəd rejimi Suriyanın ikinci ən böyük şəhəri Hələb üzərində nəzarəti itirir.