Peskov: Suriya rəhbərliyini dəstəkləməyə davam edirik

Peskov: Suriya rəhbərliyini dəstəkləməyə davam edirik

"Suriyadakı vəziyyətin sabitləşməsi üçün lazımi mövqe müəyyən ediləcək".

Fakt.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Dmitriy Peskov paytaxt Moskvada mətbuat mənsublarının suallarını cavablandıran zaman deyib.

Peskov Suriyadakı vəziyyətə toxunarkən, "Bəşər Əsədi dəstəkləməyə davam edirik. Buna uyğun olaraq təmaslarımızı davam etdir. Suriyadakı vəziyyətin sabitləşməsi üçün lazımi mövqe müəyyən ediləcək" deyib.

Kremlin sözçüsü bildirib ki, bu gün Kiyevə gedən Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə də münasibət bildirib:

"Almaniyanın Kiyevə dəstəyini davam etdirdiyi üçün bu səfərdən yeni bir şey gözləmirik. Cəbhədəki vəziyyət bəllidir. Hər halda öz maraqlarımızı təmin etmək niyyətindəyik"