ATİAHİ Masallı rayon Komitəsinə yeni sədr seçilib
Rasim Nurullayev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri seçilib.
Fakt.info xəbər verir ki, Nurullayev Rasim Kamil oğlu 1963-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. Ailəlidir, iki övladı var.
Rasim Nurullayev həm iqtisadiyat üzrə, həm də pedaqoji sahədə ali təhsilli mütəxəssisdir. Uzun müddət Masallı rayon Təhsil Şöbəsində məsləhətçi, baş məsləhətçi, baş mühasib vəziflərərində işləmişdir. Eyni zamanda ATİAHİ Masallı rayon Komitəsində yarımştat məsləhətçi vəzifəsində çalışmışdır. 2016-cı ildən ATİAHİ Masallı rayon Komitəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Rasim müəllim həm də Masalli Dövlət Regional Kollecinin müəllimi kimi pedaqoji fəaliyyətini də davam etdirir. ATİAHİ Masallı rayon Komitəsinin bu gün keçirilən iclasında Komitə üzvləri yekdilliklə Rasim Nurullayevi rayon Komitəsinin sədri seçiblər. Rasim müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Əkbər Mahmudov