Ailə faciəsi: Yanaraq həlak olan şəxsin arvadı da canına qıymaq istədi
Şirvanda intihara cəhd hadisəsi baş verib.
Faktinfo Lent.az-a istinadən xəbər verir ki, Şirvan sakini, 27 yaşlı Nülufər Ramiz qızı Abuzərli sirkə turşusu içərək intihara cəhd edib.
O, qida borusunun və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Qeyd edək ki, N.Abuzərli 2 gün əvvəl Bakıda avtoqəzada həyatını itirən sürücü İlkin Abuzərlinin həyat yoldaşıdır.
Ehtimal olunur ki, ərinin faciəli ölümünə dözməyən qadın canına qəsd etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.