“Yalquzaq” səhnəyə çıxır - FOTOLAR
Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşa hazırlanır.
Teatrın uşaqları tarixi irsimizə, soy kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşdırmaq missiyasının davamı olan bu maarifləndirici tamaşa “Yalquzaq” adlanır.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxacaq. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir) vizual həllə nail olunub.
Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.
Balaca teatrsevərlər tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət hasilinə vurğunu görəcəklər.
Yalquzaqın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.
Belə ki, Simurq quşunun köməyi ilə insanlara qoşulan Yalquzaq dara düşən qurd ailəsini də unutmur. Sözsüz ki, zamanında onun doğmalarını öldürüb, yurd-yuvasını viran qoyan yağılardan da qisasını alır.
Nəticədə ətrafına güclü dostlar toplayan Yalquzaq haqqın zəfərinə inamın nümunəsi kimi dillər əzbərinə çevrilir.
Teatrın mətbuat xidməti