Ukrayna XİN başçısı: NATO-ya üzvlük yolundakı işlərimiz yüksək qiymətləndirilib

Ukrayna XİN başçısı: NATO-ya üzvlük yolundakı işlərimiz yüksək qiymətləndirilib

NATO-ya üzvlük yolundakı işlərimiz alyansda yüksək qiymətləndirilib.
Fakt.info APA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin xarici işlər naziri Andrey Sibiqa deyib:

"Bu istiqamətdə hazırlanan İllik Fəaliyyət Proqramının icrası ilə bağlı müsbət rəy almışıq. Alyansa üzvlük istiqamətindəki dəyişməz strateji məqsədlərimizə nail olmaq üçün gördüyümüz işlər yüksək qiymətləndirilib. Bu, bizim üçün son dərəcə vacibdir”.