“Payım” kolbasa istehsalçısı “Al-Sana” ilə bağlı nə qərar veriləcək?

“Payım” kolbasa istehsalçısı “Al-Sana” ilə bağlı nə qərar veriləcək?

“Payım” ticarət nişanı ilə kobasa və sosis istehsalçısı “Al-Sana” MMC-yə qarşı aparılan icraatla bağlı məhkəmə işi davam edir.

Fakt.info xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan maddəsini pozan “Al-Sana” MMC ilə bağlı işə Yasamal rayon Məhkəməsində dekabrın 3-də baxılmışdı. İşlə bağlı heç bir nəticə əldə edilmədiyi üçün proses ayın 17-nə təyin edilib.
Xatırladaq ki, “Payım” kolbasa və sosis istehsalçısı İXM-nin 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Dekabrın 17-də “Al-Sana” MMC ilə bağlı işlə qərar veriləcəyi gözlənilir. Qeyd edək ki, iş hakim Rauf Daşdəmirovun icraatındadır.

Xatırladaq ki, məcburi auditdən yayınan “Al-Sana” MMC-nin direktoru Samir Orucovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar