"Təbiətin Nəfəsi" adlı sərgi keçirildi - FOTO
Dekabrın 6-da YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Oxu Tədris Mərkəzinin tələbələrinin əl işlərindən ibarət "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş "Təbiətin Nəfəsi" adlı sərgi təşkil olundu.
Fakt.info xəbər verir ki, Sərgidə Oxu Tədris Mərkəzinin 27 tələbəsinin rəsm əsərləri nümayiş olunurdu. Eyni zamanda mərkəzin 7 tələbəsi vətənpərvərlik şeirləri və nağıl tamaşa səhnələri ilə çıxış etdilər.
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Oxu Tədris Mərkəzinin direktoru Rəşidə Allahverdiyevanı, icraçı direktor Tale Məmmədovu, tələbə və müəllim kollektivini salamlayıb, məsuliyyətli işlərində uğurlar arzuladı.
Direktor Rəşidə Allahverdiyeva və icraçı direktor Tale Məmmədov çıxışlarında YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya , layihə rəhbəri Aygün Əzizova ya dəstək üçün təşəkkür edib, Oxu Tədris Mərkəzinin fəaliyyətindən geniş söz açdılar.
Oxu Tədris Mərkəzi 2021-ci il Noyabrın 8-də Zəfər Günündə fəaliyyətə başlayıb. Oxu Tədris Mərkəzinin direktoru psixoterapevt Rəşidə Allahverdiyeva, icraçı direktor Tale Məmmədov 18 ildir dövlət və özəl sektorda fəal fəaliyyət göstərirlər.
Oxu Tədris Mərkəzində inkluziv təlimlə tədris aparıldığını bildirdilər və əcnəbi mütəxəssislərlə yanaşı yerli müəllimlər də çalışırlar. Azərbaycan, rus, ingilis və ərəb dili bölmələri fəal fəaliyyət göstərir. Mərkəzdə əcnəbi müəllimlər tərəfindən xüsusi qaydada dinləmə , danışıq qaydaları qrup şəklində keçrilir. Dərs proqramı Azərbaycan Respublikasın Təhsil Nazirliyinin verdiyi dərs proqramına əsasən təyin olunub. Dərs proqramları müasir üsulla həyata keçirilir.
Oxu Tədris Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla özünəməxsus qayda ilə psixopedaqoq və təlimçilər məşğul olur.
Qeyd edək ki, mərkəzin fəaliyyəti valideyn heyəti üçün çox əlverişlidir. Çünki burada uşaqlar həm fiziki eyni zamanda zehni cəhətdən yorulur və aktiv gün yaşayırlar.
Sərginin sonunda Oxu Tədris Mərkəzinin direktoru Rəşidə Allahverdiyeva və icraçı direktor Tale Məmmədov YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereya adından il boyu fəla fəaliyyətlərinə görə plaketlə təltif olundular.
Oxu Tədris Mərkəzinin tələbələri xatirə medalyonları və diplomlarla təltif olundular.
Xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal