ABŞ-də 6,3 bal gücündə zəlzələ baş verdi
ABŞ-ın Alyaska sahillərində 6,3 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Araşdırma Xidməti (USGS) məlumat yayıb.
Qurumdan verilən məlumatda, zəlzələnin episentrinin Adak şəhərindən 107 kilometr cənub-qərbdə olduğu bildirilib.
Yerin təxminən 48 kilometr dərinliyində qeydə alınan 6,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.