Suriya keçid hökumətinin rəhbəri o olacaq

Suriya keçid hökumətinin rəhbəri o olacaq

Suriya adminstrasiyası keçid hökumətinin Baş nazirinin adını açıqlayıb.
Fakt.info xəbər verir ki, bu barədə "Al-Jazeera” məlumat yayıb.

Belə ki, bu posta Məhəmməd əl-Bəşir seçilib.

"Bəşirə keçid mərhələsinə rəhbərlik etmək üçün yeni hökumətin tərkibini formalaşdırmaqla bağlı tapşırıq veriləcəyi gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, o, Ali Kedanın kabinetində İnkişaf və Humanitar Məsələlər naziri vəzifəsində çalışıb.