Siqareti tərgitməyin ən asan yolu

Siqareti tərgitməyin ən asan yolu

Dünyada təxminən 1,3 milyard insan siqaret çəkir. Bu, tütünü xəstəlik və ölümün qarşısı alına bilən səbəbləri arasında ön sıraya qoyur. Siqaret dünyada ölümlərin 8,8%-nə səbəb olur. Siqaret xərçəng və KOAH səbəbiylə ölüm və xəstəliklərlə nəticələnir. Hər 5 ölümdən biri siqaret səbəbindən baş verir. Siqaret çəkənlərin yarısı əlaqəli xəstəliklər səbəbindən erkən yaşda ölür. Yenə xroniki xəstəliklərə səbəb olduğu üçün yüksək səhiyyə xərclərinə səbəb olur. Hər il dünyada təxminən 5 milyon insan siqaretlə bağlı xəstəliklərdən dünyasını dəyişir. Siqaret vərdiş deyil, bir maddə asılılığı olaraq təyin olunur.
Tribunainfo.az milyonlarla insanın qurtula bilmədiyi siqaretdən ən asan yolla tərgitmə üsulunu təqdim edir.
Siqareti buraxarkən ilk gün ehtiyat tədbirləri:
Evinizdəki bütün siqaretlərdən qurtulun.
Külqabı, alışqan və kibritinizi çıxarın.
Paltarınızın cibində, şkafınızda və ya avtomobilinizdə siqaret axtarın və ondan qurtulun.
İş yerinizdən bütün siqaretləri, külqabıları və alışqanları çıxardığınızdan əmin olun.
Özünüzə yaxşılıq edin. İstədiyiniz yeməyi yeyin. Film izləyin. Uzun müddət duş qəbul edin. Beyninizi siqaretdən uzaqlaşdıracaq şeylər edin.
Dostlarınıza, ailənizə və iş yoldaşlarınıza siqareti buraxdığınızı deyin.
Siqareti tərgitməyin səbəblərini yenidən nəzərdən keçirin.
Siqareti tərgitmək üçün…
Özünüz üçün bir gün təyin edin və qərarlı olun. Gecikmə.
Ətrafınızda sizə siqareti xatırladan əşyaları aradan qaldırın.
Siqareti tərgitməyin səbəblərini yazın və onları yanınızda saxlayın.
Bu proses zamanı yaxınlarınızdan dəstək istəyin.
Kilo almamaq üçün çoxlu gəzintilər edin və yüksək kalorili qəlyanaltılardan uzaq durun.
Fagerström Nikotin Asılılığı Testindən keçin. Əgər 5 və daha çox bal toplasanız və ya təkbaşına siqareti tərgitmək cəhdləriniz nəticə verməyibsə, dəstək almaq üçün “Siqaretdən imtina poliklinikasına” müraciət edə bilərsiniz.
Siqareti tərgitməyin sağlamlığa müsbət təsiri
20 dəqiqə: Qan təzyiqi, nəbz və temperatur normala qayıdır.
8 saat: Qandakı oksigen səviyyəsi normala qayıdır.
24 saat: MI riski azalır.
48 saat: Regenerasiya sinir uclarından başlayır.
72 saat: Tənəffüs funksiyaları yaxşılaşmağa başlayır.
2 həftə-3 ay: Qan dövranı yaxşılaşır, ağciyər funksiyaları yüksəlir.
1-9 ay: Ağciyərin təmizləmə qabiliyyəti artır və infeksiya riski azalır.
5 il: Ağciyər xərçəngindən ölümlər 50% azalır, infarkt riski siqaret çəkməyənlərin səviyyəsinə enir.
10 il: Ağciyər xərçəngi və digər orqan xərçəngi riski azalır.