Bazar ertəsi 7 aprel 2025 il.
Bakıda binanın zirzəmisindən asılmış meyit TAPILDI

Bakıda binanın zirzəmisindən asılmış meyit TAPILDI

Bakıda intihar hadisəsi baş verib.
Fakt.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış kompleksində qeydə alınıb.

Oradakı binalardan birinin zirzəmisində asılmış kişi meyiti tapılıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, həmin binanın 75-ci mənzilində yaşayan, 61 yaşlı Nizami İbiş oğlu Xələfov olması müəyyən edilib.