Çərşənbə axşamı 8 aprel 2025 il.
Masallı Dövlət Regional Kollecinində Novruz şənliyi keçirildi - FOTOLAR

Masallı Dövlət Regional Kollecinində Novruz şənliyi keçirildi - FOTOLAR

Martın 18-də  Masallı Dövlət Regional Kollecində xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. 

Fakt.info xəbər verir ki, tədbir öncəsi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Kollecin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Rövşən Qurbanov tədbiri açıq elan edərək hər kəsin bayramın təbrik edib və bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır, qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.
   
Tədbirdə kollecin tələbələrinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Şənlikdə novruza aid ənənələr təqdim edildi.