Boğazı kəsilən 23 yaşlı gənc Bakıya göndərildi
Gəncədə mübahisə zəmnində boğazı kəsilən 23 yaşlı Nəsib Rüstəmov Bakı şəhərinə göndərilir.
Fakt.info xəbər verir ki, Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumata görə, vəziyyəti ağır olan 23 yaşlı gənc ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə Bakı Kliniki Tibbi Mərkəzə yola salınıb.
Məlumat üçün bildirək ki, N. Rüstəmov tanışı Elmin Aşurovla mübahisə zəmnində boğazı kəsilib. Hadisəni törətməkdə şübhəli bilinən E. Aşurov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.