Temperatur 10 dərəcə enəcək - Hava ilə bağlı xəbərdarlıq

Temperatur 10 dərəcə enəcək - Hava ilə bağlı xəbərdarlıq

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Fakt.info xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. 

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.