Azərbaycanın “Avroviziya” təmsilçisi danışdı: Mən yəhudiyəm
Xəbər verdiyimiz kimi, gələn ay İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycanı "Mamagama” qrupu təmsil edəcək.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail mətbuatı qrupun solisti Asəf Mişiyevin yəhudi olduğunu vurğulayıb.
Qrupun "Times of Israel" qəzetinə verdikləri müsahibə bu gün dərc olunub.
Qrupun solisti Asəf Mişiyev müsahibəsində yəhudi olduğunu bildirib:
"Bizim qrup doğrudan da böyük bir ailədir. Qrupumuz Azərbaycanın necə tolerant bir ölkə olduğunu nümayiş etdirir. Belə ki, mən yəhudiyəm, gitara ifaçısı dostum Həsən Livan əsilli ərəb, digər dostum nağara ifaçısı Arif isə azərbaycanlıdır"