Rusiya nefti 16 faizədək ucuzlaşıb

Rusiya nefti 16 faizədək ucuzlaşıb

Rusiyanın "Urals" markalı xam neftinin qiyməti aprelin ilk günlərində 14-16 faiz ucuzlaşıb.

"Urals" nefti qiymətdə bir barelə görə təqribən 10 dollar itirib.

Bu, 2023-cü ilin iyulundan bəri ən aşağı göstəricidir.

Bildirilir ki, neftin qiymətinin azalması ABŞ-nin başlatdığı ticarət müharibələri səbəbindən fond bazarlarının ümumi enişi və OPEK+ hasilatının artımı fonunda baş verir.
 
///Oxu.Az